Türkdilli ölkələrin rəhbərləri Azərbaycana yığışacaq

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII sammiti bu ilin oktyabrında Azərbaycanda keçiriləcək. 

Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının Baş katibi Bağdad Amrayevlə görüşdə məlumat verib. 

O, Azərbaycandakı hazırlıqları yaxından izlədiyini bildirib. 

Ərdoğanın sözlərinə görə, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov görüşə fəxri qonaq kimi dəvət olunacaq. 

Bundan başqa, Türkiyə Prezidenti bu sammitdə Özbəkistanı üzv kimi görmək istədiyini deyib. 

O, Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayevin Türk Şurasının fəxri sədri təyin edilməsini təklif edib. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top