"Nike" və "Adidas" Trampa qarşı çıxdı


ABŞ-da 170-dən çox ayaqqabı firması ölkə Prezidenti Donald Trampa ayaqqabı sektorunda Çinə tətbiq olunan idxal rüsumunu artırmaması üçün çağırış edib.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, "Nike" və "Adidas" kimi ayaqqabı istehsalçıları da daxil olmaqla, 170-dən çox şirkət  D.Trampa Çinə tətbiq olunan əlavə gömrük rüsumu haqqında məktub yazıb.

Məktubda deyilir: "Ayaqqabı sektorunda Çinə tətbiq olunan əlavə gömrük vergisinin 25% artırılması, müştərilərimiz, şirkətlərimiz və ABŞ iqtisadiyyatının çökməsinə səbəb olacaq".

Qeyd edək ki, ötən həftə ABŞ ümumi məbləği 200 milyard dollara yaxın olan Çin məhsullarına tətbiq olunan idxal rüsumunu 10%-dən 25%-ə qədər artırıb. Bundan sonra tərəflər arasında gərginlik artıb.

DİGƏR XƏBƏRLƏR

Top