"Fənərbağça" səfərdə "Ərzurumspor"a minimal hesabla qalib gəlib


"Fənərbağça" futbol klubu Türkiyə Superliqasının XXXIII turu çərçivəsində “Ərzurumspor”un qonağı olub.

"Kazım Qarabəkir" stadionunda keçirilən "Ərzurumspor" – “Fənərbağça” matçı qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qolu 59-cu dəqiqədə penalti zərbəsindən Viktor Mozes vurub.

Qeyd edək ki, Türkiyə superliqasında “Qalatasaray” klubu artıq çempionluğunu rəsmiləşdirib. "Fənərbağça" komandası 43 xalla 8-ci, “Ərzurumspor” isə 32 xalla 17-cü pillədə - autsayderlər sırasında qərarlaşıb.//Trend

DİGƏR XƏBƏRLƏR

Top