Kərimi yolda döydülər: İş polisə verildi - VİDEO

Müğənni Kərim Abbasov yolda hücüma məruz qalıb.

Bu barədə Kərim şəxsi “İnstagram” hesabında paylaşdığı videoya yazdığı şərhdə məlumat verib. 

Hadisə bağdan qayıdarkən baş verib. Belə ki, Kərimin yaydığı videodan da göründüyü kimi, maşından düşən bir şəxs əlində telefonla video çəkən adama yaxınlaşaraq, ona yumruq zərbələri endirir. 

Kərim yumruqlanan şəxsin özü olduğunu iddia edir və hadisə ilə bağlı 102-yə məlumat verib.
Müğənni oxu.az-a açıqlamasında ciddi xəsarət almadığını bildirib:

“Danışacaq durumda deyiləm. İş artıq polisə verilib. Hücüma məruz qalmışam. Xoşbəxtlikdən ciddi xəsarət almamışam”.

DİGƏR XƏBƏRLƏR

Top