Trampı Makedoniyalı İsgəndər və Çingiz xanla müqayisə etdilər


ABŞ Prezidenti Donald Trampın iqtisadi terror və soyqırım iynələmələri İranın sonunu gətirməyəcək.
  Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün "Twitter" səhifəsində yazıb.

Xatırladaq ki, D. Tramp "Twitter" səhifəsində "əgər İran müharibə aparmaq istəyirsə, bu, İranın rəsmi olaraq sonu olar" yazmışdı.

M.C.Zərif buna cavab olaraq bildirib: "Tramp B komandasını təhrik etməklə İsgəndər, Çingiz xan və digərlərinin bacara bilmədiyini əldə etməyə ümid edir. Bütün işğalçılar gedərkən İran min ildir ayaqdadır. İqtisadi terror və soyqırım iynələmələri İranın sonunu gətirməyəcək".

DİGƏR XƏBƏRLƏR

Top