Gürcüstanda danışılmış oyunlara görə 11 futbolçu saxlanıldı


İdman yarışlarının iştirakçılarına rüşvət verməkdə və danışılmış oyunların təşkilində təqsirləndirilən indiki 8 futbolçu və 3 keçmiş futbolçu saxlanılıb. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyi məlumat verib.

Məlumata görə, saxlanılanlar "Quriya", "Çiatura" və "VİT Corciya" klublarının futbolçularıdır. İstintaq müəyyən edib ki, mütəşəkkil qrupun üzvləri klub futbolçuları ilə əlaqə saxlayıblar və müəyyən məbləğ qarşısında əvvəlcədən razılaşdırılmış hesab haqqında rəqib komanda ilə razılığa gəliblər.

Mütəşəkkil cinayət qrupunun üzvləri və futbolçuları əvvəlcədən razılaşdırılmış hesabla başa çatan matçlara görə 93,5 min lari (təqribən 35 min dollar) həcmində məbləğ alıblar. Saxlanılan futbolçular, həmçinin totalizatorlarla bağlı olublar.  Onları 4 ildən 6 ilədək həbs cəzası gözləyir.

DİGƏR XƏBƏRLƏR

Top