Mingəçevirdə ilanlar evlərə hücum çəkir - VİDEO


Mingəçevirdə məskunlaşan məcburi köçkünlər yaşadıqları keçmiş "Turbaza" deyilən ərazidə hər il  ilanların hücumuna məruz qaldıqlarını deyirlər.
Sakinlərin Yeniavaz.com-a bildirdiklərinə görə havalar isindikdən sonra onlar 35-40 ilan öldürüblər. Ağdamdan olan məcburi köçkün Raquf Abdullayev deyir ki, 26 ildir bu təhlükə ilə üz-üzədirlər: "Burada daha çox gürzə ilanlarıdır. Digər ilan növləri də var. Demək olar ki, hər gün ilanla rastlaşırıq. Evdə oturduğun yerdə bir də görürsən ilan qapıdan içəri girir. Bostanda, həyətdə, otun altında - bir sözlə, hər yerdən çıxır. Təhlükə ilə üz-üzə yaşayırıq. Uşaqlarımızı qoruya bilmirik. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, "qaçqınkom"un nümayəndələri bizim yaşadığımız əraziyə gəlmirlər. Xahiş edirik bizə kömək etsinlər".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top