
Ukrayna Prezidenti Vladimir Zelenski məmurları öz kabinetlərində onun portretini asmamağa çağırıb. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, o, həmin portretləri uşaqlarının şəkillləri ilə əvəzləməyi təklif edib.
V.Zelenski Ali radada inauqurasiya zamanı bildirib: "Mən çox istərdim ki, sizin kabinetlərinizdə mənim təsvirlərim olmasın, zəhmət olmasa mənin portretlərtim olmasın, çünki Prezident ikona, ideal deyil. Prezident portret deyil. Kabinetdə öz uşaqlarınızın fotolarını asın və hər qərardan əvvəl onların gözlərinə baxın".