İŞİD həbsxanada üsyan çıxardı: 30-dan çox ölü


Tacikistanın qərbindəki Vəhdət şəhərində yerləşən həbsxanada baş verən üsyan 30-dan çox adamın ölümünə səbəb olub.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin  təşkilatçıları İŞİD terror qruplaşmasının tərəfdarları olub. Üsyan zamanı 29  məhkum və 3 nəzarətçi ölüb. Hadisəylə bağlı geniş araşdırmalar başladılıb.

Məlumat üçün onu da qeyd edək ki, ötən il Xücənd  şəhərində yerləşən cəzaçəkmə müəssisəsində baş vermiş üsyanda 27 nəfər həyatını itirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top