
Uqandada içərisində futbolçuların və azarkeşlərin olduğu gəmi batıb. Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Albert gölündə baş verib.
Sahildən uzaqlaşmağa başlayan gəmi 300 metr hərəkət etdikdən sonra batıb. Nəticədə 30 nəfər həyatını itirib. Hadisəyə anidən başlayan güclü külək səbəb olub. Buna görə də xilasedicilər dərhal hadisə yerinə gedə bilməyiblər.
Bildirilir ki, daha sonra hadisə yerinə gedən xilasedicilər 10 nəfəri xilas edə biliblər, 30 nəfər isə həyatını itirib. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz