Eyyub Yaqubovun Laçının işğalı günü konsert verməsi ilə bağlı AÇIQLAMA

Xalq artisti Eyyub Yaqubov mayın 17-də, yəni Laçının Ermənistan tərəfindən işğalı günü İsveçdə konsert proqramı ilə çıxış edib. Həmin konsertdə İsveçdə yaşayan bəzi azərbaycanlıların da iştirak etməsi sosial şəbəkə izləyiciləri tərəfindən hiddətlə qarşılanıb.

Yeniavaz.com xəbər verir ki, Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı Xalq artisti Eyyub Yaqubovla əlaqə saxlayıb. 

Zəngə onun köməkçisi Günay xanım cavab verib:

“Məsələdən xəbərdarıq. Mayın-30-da Eyyub müəllim Azərbaycana qayıdacaq. Ondan sonra mətbuata yaşanan hadisə ilə bağlı özü geniş müsahibə verəcək.

Eyyub Yaqubovun mayın 17-sinin Laçının işğalı günü olduğundan xəbəri olmayıb”.

DİGƏR XƏBƏRLƏR

Top