Azərbaycanın bu rayonu işıqsız qaldı - SƏBƏB


Güclü külək Göyçayda ciddi fəsadlara səbəb olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Oxu.Az-a Göyçay rayon İcra Hakimiyyətindən məlumat verilib. 

Bildirilib ki, rayonun 80 faizində elektrik enerjisi yoxdur:

“Gecə qeydə alınan kəskin hava şəraiti Göyçay rayonunda ciddi fəsadlara səbəb olub. Demək olar ki, rayonun 70-80 faizində elektrik xətləri qırıldığı üçün hazırda işıq yoxdur. Çox sayda ağac sınıb. Ağacların böyük əksəriyyəti evlərin hasarlarına, avtomobil yollarına aşaraq ciddi maneələr yaradıb.

Hazırda aidiyyəti qurumlar və əməkdaşlarımız ərazilərə baxış keçirir. Dəymiş ziyanın hesablanması üçün xüsusi komissiya yaradılıb. Kəskin hava şəraiti ilə əlaqədar dəymiş ziyan haqqında yekun məlumat və rəqəmlər araşdırmalardan sonra məlum olacaq.

Hadisə nəticəsində fəsadlar olsa da, avtomobillərə ziyan dəyməyib. Eləcə də, insan tələfatı yaşanmayıb”.

DİGƏR XƏBƏRLƏR

Top