İTV "Avroviziya"dan açıqlama tələb edir - Qarabağ və Naxçıvana görə


Dünən,"Eurovision 2019" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilmədiyi aşkarlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkəti sosial şəbəkə üzərindən mətbuata məlumat yayıb: Dünən,"Eurovision 2019" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilmədiyi aşkarlanıb. Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən dərhal müsabiqə təşkilatçılarına və Avropa Yayımları Birliyinin rəhbərliyinə rəsmi şəkildə etiraz bildirilərək müraciət edilib. Hazırda bununla bağlı qarşı tərəfin açıqlamasını gözləyir".

DİGƏR XƏBƏRLƏR

Top