"Real" mövsümü məğlubiyyətlə başa vurdu - VİDEO

Mayın 19-da İspaniya La Liqasının sonuncu - 38-ci turunun növbəti oyunu keçirilib.

La Liqanın favoritlərindən sayılan “Real Madrid” doğma azarkeşlər önündə “Real Betis” klubunu qəbul edib.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Sevilyanın təmsilçisi hər iki qolu matçın ikinci dəqiqəsində vurub. Oyunda Loren Moron (61) və Xese (78) fərqləniblər.

​Beləliklə, “Real Madrid” çempionatda 68 xal toplayaraq üçüncü, “Real Betis” isə 50 xalla 10-cu yeri tutub.

 

publika.az

DİGƏR XƏBƏRLƏR

Top