Əməkdar artist: ““Eurovision”da ən yadda qalan onların çıxışı idi”

“Eurovision” təmsilçimiz olmuş əməkdar artist Səbinə Babayeva müsabiqə barədə fikirlərini bölüşüb.

Yeniavaz.com musavat.com-a istinadla xəbər verir ki, o sosial şəbəkədə "Həm yaddaşımda, həm ürəyimdə yalnız bir nömrəmiz qalıb: o da Ayselin çıxışı idi" sözlərini yazıb.

Səbinə ona yazılan "Çingiz də geri qalmadı" şərhinə "Geridə qalanlar çoxdur, amma Çingiz deyil. Çıxışlarımızın əksəriyyəti gözəldir, keyfiyyətlidir. Sadəcə, mənim zövq və ürəyimə görə ən yaddaqalan, xoş, pozitiv atmosferlə dolu, şən və hətta Avropada məşhur olan məhz Aysel və Araşın mahnısı olub" cavabını yazıb.

Qeyd edək ki, Aysel və Araş 2009-cu ildə "Always" mahnısı ilə Azərbaycanı təmsil etmişdi. Onlar müsabiqədə 3-cü olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top