Ukrayna göyərtəsində azərbaycanlının olduğu gəmi ilə əlaqədar Mirsirə nota verib

Ukraynanın Misirdəki səfirliyi Misir Xarici İşlər Nazirliyinə nota təqdim edib.

Yeniavaz.com ONA-ya istinadən xəbər verir ki, buna səbəb mayın 18-də göyərtəsində 17 Ukryna vətəndaşı,  1 Azərbaycan,  11 Filippin, Şri-Lanka və Hindistan, o cümlədən Krımdan olan 2 dənizçinin olduğu "Sea Shark" tankerinin Misir hərbi donanması tərəfindən saxlanılmasıdır.

Qeyd edək ki, mayın 18-də "Sea Shark" tankeri Misir donanması tərəfindən saxlanılıb. Gəminin heyət üzvləri faktiki girov götürülüb. Hərbçilər gəmiyə yükün qanunsuz yükləndiyini iddia edirlər. 11 milyon barel neftin yükləndiyi tanker  hazırda Misirin Ayn-Soxna kurort rayonunda limanındadır.

DİGƏR XƏBƏRLƏR

Top