51 yaşlı qadını qaçırmağa çalışan 58 yaşlı şəxs həbs olunub - FOTO/VİDEO

Hadisə Adana şəhərində qeydə alınıb.
Sosial mediada tanış olduğu 51 yaşlı qadını qaçırmağa çalışan 58 yaşlı şəxs həbs olunub.
Hadisənin təfərrüatlarına gəlincə, 51 yaşlı Əhməd U. sosial mediada 51 yaşlı Nilgün K. ilə taış olub. Onlar bir müddət danışdıqdan sonra Əhməd U qadınla sevgili olmaq isyətib. Evli və 2 uşaq anası olan Nilgün K. Buna razılıq verməyib.
Buna baxmayaq Əhməd U. istəyində israrlı olub və evli olan qadının ərini, uşaqlarını öldürməklə Nilgün U.-nu təhdid edib. Qorxuya düşən Nilgün K. adıçəkilən şəxslə kafelərdən birində görüşüb. Bu anları kameraya çəkən Əhməd U. görüntüləri yaymaq təhdidi və şantaj ilə qadını münasibət qurmağa məcbur etmək istəyib. Lakin qadının polisə şikayət etməsindən sonra məhkəmənin qərarı ilə Əhməd U. 3 ay müddətinə qadından uzaqlaşdırma hökmü ilə cəzalandırılıb.
Buna baxmayaraq Əhməd U. istəyində yenə də israrlı olub. Məhkəmənin qərarı elan olunduğu gün qadını izləyən Əhməd U. onu şəxsi motosikleti ilə qaçırmaq istəyib. Niyyəti baş tutmadıqda isə qəzəblənən Əhməd U. qadını küçədə döyüb və hadisə yerindən qaçıb.
Qadın isə yenidən polisə gedərək şikayət edib. Qısa zaman ərzində yaxalanan Əhməd U. məhkəmənin qərarı ilə həbs olunub. O ifadəsində qadının ruhi xəstə olduğunu iddia edib.(metbuat)

51 yaşlı qadını qaçırmağa çalışdı: Dəhşətli hadisənin təfərrüatları - FOTO/VİDEO

DİGƏR XƏBƏRLƏR

Top