Azərbaycanda internetin qiyməti yüksək, sürəti isə aşağıdır


İnternet və kommunikasiya məsələləri üzrə ekspert Osman Gündüz Azərbaycan və digər ölkələrdə internetin qiyməti və sürəti ilə bağlı müqayisəli araşdırma aparıb. Bu haqda ekspert "Facebook" statusunda məlumat paylaşıb.

"Regionlarda internetin sürətini və Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mənasız və bəsit tədbirlərini, "startap tender konsorsiumlarını" və festival və şadyanalıqlarını görəndən sonra düşündüm ki, qısa bir araşdırma edim. Sonda isə belə bir nəticə əldə etdim.

Bu gün həm də Ümumdünya İnformasiya Cəmiyyəti Günü olduğundan düşündüm ki , bu məlumat NRYTN üçün "təbrik" əvəzi də ola bilər 

Qazaxıstan: 30-35 manat, 200–500 mb/s (Kaztelekom)

Rusiya (Moskva): 13-15 manat, 200–500 mb/s (Rostelekom)

Gürcüstan: 30 manat, 50 mb/s (Magticom)

Azərbaycan: 30 manat - 5 mb/s (Aztelekom – ADSL, bütün regionlarda ancaq bu texnologiya əlçatandır)

30 manat - 6 mb/s (Baktelecom – ADSL, əsasən Bakı şəhəri və ətraf ərazilər)

26 manat - 25 mb/s (Baktelecom – bu paket həmin məşhur tanınmayan İT şirkətin 14 milyonluq layihəsinin GPON məhsuludur, əhatə dairəsi hələlik qeyri müəyyəndir).

DİGƏR XƏBƏRLƏR

Top