Erməni generaldan sensasiyalı açıqlama: Monte Melkonyanı azərbaycanlılar öldürməyib - VİDEO


Vaxtı ilə Dağlıq Qarabağda azərbaycanlılara qarşı döyüşən ermənilər arasında qarşıdurma yaranıb.
Yeniavaz.com xəbər verir ki, Dağlıq Qarabağ "özünümüdafiə qüvvələrinin" komandiri və qondarma respublikanın ilk "müdafiə naziri"  olmuş  general-leytenant  Samvel Babayan bəyan edib ki, Monte Melkonyan azərbaycanlılar tərəfindən öldürülməyib.
Samvel Babayan erməni terrorçu Monte Melkonyanın ölümündə hazırda qondarma Dağlıq Qarabağ respublikasının "Təhlükəsizlik Şurasının katibi", 2012-ci ildə "prezidentliyə namizəd" olmuş, Əsgəran "özünümüdafiə qüvvələrinin" komandiri general-mayor  Vitali Balasanyanı günahkar bilib.
Vitali Balasanyan isə Samvel Babayanın iddialarını təkzib edərək bildirib ki, Monte Melkonyanın öldürüldüyü yer onun qərargahından 15,5 kilometr aralıda olub.
Məlumat üçün bildirək ki, Monte Melkonyan və bir sıra erməni terrorçuların ölümü ilə bağlı ermənilər arasında zaman-zaman müxtəlif fikirlər səslənməkdəri. Qarabağda döyüşən erməni terrorçular bildirirlər ki, Serj Sarkisyan və Robert Koçaryanın başçılıq etdiyi "Qarabağ klanı" Ermənistanda hakimiyyətə gələ bilmək üçün 1992-93-cü illərdə əsas rəqiblərini, o cümlədən də  Monte Melkonyanı aradan götürüblər.
Xatırlayırsınızsa, 2016-cı ilin yay aylarında "Aprel döyüşləri"ndəki məğlubiyyətə etiraz edən bir qrup keçmiş döyüşçü Serj Sarkisyanın istefasını tələb etmişdi. Hətta, o zaman "Sasna tsrer" ("Sasunlu çılğınlar")  adlı silahlı dəstə hakimiyyətə qarşı silahdan da istifadə edib. Həmin dövürdə həbs olunan və daha sonra həbsxanada müəmmalı şəkildə ölən keçmiş döyüşçü Araik Xandoyan da öz açıqlamasında Monte Melkonyan və bir sıra erməni terrorçuların ölümünü "Qarabağ klanı" ilə əlaqələndirib. Əsas günahkar kimi də Serj Sarkisyanı göstərib.
Onu da bildirək ki, Monte Melkonyanın ermənilərin özləri tərəfindən öldürülmə ehtimalı Montenin qardaşı Markar Melkonyan tərəfindən yazılan "Qardaşımın yolu" adlı kitabda da yer alıb. Həmin kitabda Markar Melkonyan qeyd edir ki, Monte ilə Qarabağ döyüşçüləri arasında fikir ayrılıqları olub. 

DİGƏR XƏBƏRLƏR

Top