İngilis azarkeşlər Bakıda təxribata əl atacaqlar - Mxitaryana görə


Böyük Britaniyanın "Arsenal" klubunun ən böyük fan-klublarından biri - "CanonCrested" Bakıda etiraz aksiyasına hazırlaşır. Yeniavaz.com xarici KİV-lərə istinadən bildirir ki, bu məlumatı "CanonCrested" öz sosial şəbəkə hesabından paylaşıb.
Məlumatda qeyd olunur ki, "CanonCrested" fan-klubunun 6000-dən çox üzvü mayın 29-da Avropa Liqasının Bakıda keçiriləcək finalında iştirak etmək üçün Azərbaycana gələcək. Onlar "Arsenal" klubunun erməni əsilli futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsinin səbəbkarı kimi Azərbaycanı göstərməyə çalışacaqlar. Etiraz aksiyalarından biri kimi onlar üzərində Henrix Mxitaryanın şəkli olan maskalar taxacaqlarını bəyan ediblər. Lakin ehtimal olunur ki, ingilis azarkeşlər başqa təxribatlara da əl atacaqlar.
 

DİGƏR XƏBƏRLƏR

Top