Alleqri "Yuventus"dan gedir


"Yuventus" özünün rəsmi saytında Massimiliano Alleqrinin mövsümün sonunda komandanın baş məşqçi vəzifəsindən gedəcəyini açıqlayıb. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, mütəxəssisin istefa səbəbkəri barədə məlumat verilmir.

Mayın 18-də M. Alleqri klub prezidenti Andrea Anyelli ilə birlikdə mətbuat konfransı keçirəcək. Qeyd edək ki, italyan mütəxəssis 2014-cü ilin yayından "Yuventus"a rəhbərlik edir. Növbəti beş mövsümündə turinlilər dəyişməz olaraq İtaliya çempionu olublar.  

DİGƏR XƏBƏRLƏR

Top