Türkiyədən ev alan azərbaycanlıların sayı AÇIQLANDI - Ölkələrin SİYAHISI


Bu ilin ilk 4 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 374 mənzil, aprel ayı ərzində isə 87 mənzil alıblar. Yeniavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədən ev alan azərbaycanlıların sayı artıb. Belə ki, 2018-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədən builkindən 117 mənzil az - 257 mənzil satın alıblar. Bu ilin aprel ayında isə azərbaycanlılar Türkiyədən 87mənzil satın alıblar və bu ötən ilin aprel ayındakı göstəricidən təxminən 19 mənzil çox olub.
Məlumat üçün bildirək ki, xarici ölkə vətəndaşları bu ilin ilk 4 ayı ərzində Türkiyədən ümumilikdə 13 min 485 mənzil satın alıblar. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 6 min 59 mənzil çox olub.
Aprel ayında Türkiyədə ev alan əcnəbilər arasında İraq, Səudiyyə Ərəbistanı, İran, Küveyt, Rusiya, Əfqanıstan, İordaniya, Yəmən, Almaniya, Fələstin, İngiltərə, Misir və Azərbaycan vətəndaşları üstünlük təşkil edib.
Aprel ayında xarici ölkə vətəndaşlarının Türkiyədən aldıqları mənzillərin sayı bu cür olub:
ÖLKƏLƏR APREL 2019 APREL 2018
İraq 533 337
S.Ərəbistanı 395 252
İran 332 138
Küveyt 202 116
Rusiya 202 112
Əfqanıstan 189 99
İordaniya 149 62
Yəmən 148 39
Almaniya 122 97
Fələstin 120 29
İngiltərə 94 57
Misir 88 44
Azərbaycan 87 68

DİGƏR XƏBƏRLƏR

Top