Türkmənistan Prezidenti "ovçarkalar" barədə kitab yazmağa başlayıb


Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov yeni kitab yazmağa başlayıb. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu dəfə türkmən lider alabay itləri barədə kitab yazacaq.

Q. Berdıməhəmmədov ötən gün Kopetdağdakı at kompleksinə baş çəkib. O burada alabay itlərinin balalarına baxıb, onlara ləqəb qoyub. Dövlət başçısı bundan sonra öz kabinetinə çəkilərək bu cinsdən olan itlər barədə kitab yazmağa başlayıb.

Alabay Türkmənistanda dövlət rəmzlərindən biridir və Mərkəzi Asiya "ovçarkası" sayılır.

DİGƏR XƏBƏRLƏR

Top