Nihat Hatiboğlu haqqında Baş Prokurorluğa rəsmi şikayət edildi - Erməni uşağa görə


Türkiyənin Diyarbəkir vilayətinin Vəkillər kollegiyası ölkənin Baş prokurorluğuna müraciət edərək ilahiyyətçi Nihat Hatiboğlu barəsində cinayət işinin açılmasını tələb ediblər.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən bildiri ki, Diyarbəkir Vəkillər kollegiyası iddia edib ki, Nihat Hatiboğlu ATV kanalında yayımlanan verilişdə valideyinlərinin icazəsi olmadan 13 yaşlı Artur adlı erməni uşağı dinini dəyişməyə məcbur edib.
Məlumat üçün bildirək ki, bu məsələni ilk dəfə gündəmə Türkiyə Böyük Millət Məclisində (TBMM) Xalqların Demokratik Partiyasından (HDP) olan erməni əsilli millət vəkili Qaro Paylan gətirib. Daha sonra Arturun anası Alina Yengibaryan bildirib ki, bu hadisədən onun xəbəri yoxdur.
Bundan başqa İnsan Haqları Dərnəyinin rəhbəri də Hatiboğlu barəsində məhkəməyə müraciət edəcəklərini açıqlayıb.
Eyni zamanda İstanbul Erməniləri Patriarxlığının baş arxiyepiskopu Aram Ateşyan da Türkiyə Diyanət İşləri müdirinə zəng edərək öz narazılığını çatdırıb.
Nihat Hatiboğlu isə öz açıqlamasında deyib ki, onun əməkdaşları verilişdən əvvəl Arturun anası Alina Yengibaryan və ögey atası ilə danışıblar və onların hər ikisi buna etiraz etməyiblər. Nihat Hatiboğlu qeyd edib ki, uşağın valideyinlərinə təzyiq edildiyi üçün onlar sonradan bunu inkar ediblər.

DİGƏR XƏBƏRLƏR

Top