Valideyinləri uşağı itin ağzından alıb - Yevlaxda


Yevlax rayonunun Havarlı kənd sakini 6 yaşlı Ramazan Mustafayev mağazadan çıxıb evlərinə getmək istəyərkən yolda  ona it hücum edib.
Yeniavaz.com xəbər verir ki, uşağın qorxaraq ağlamaq səsinə valideyinləri çatıb və uşağı itin ağzından ala biliblər. Buna baxmayaraq it az yaşlını yan hissəsindən dişləyib və qaçıb. Uşaq dərhal Mingəçevir şəhər xəstəxanasına çatdırılıb və ona quduzluq əleyhinə vaksin vurulub. Valideyinlərinin bildirdiyinə görə hal-hazırda uşağın vəziyyəti qənaətbəxşdir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top