Azərbaycanda bu məktəblərdə oxuyanlara dərsliklər pulsuz veriləcək - QANUN


Azərbaycanda peşə təhsil müəssisələri pulsuz dərsliklərlə təmin ediləcək.

Yeniavaz.com Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Təhsil haqqında" qanuna dəyişikliklər edilir.

Bu dəyişikliklərə əsasən, dövlət və bələdiyyə ümumi təhsil peşə təhsili müəssisələrində dərsliklərlə pulsuz təmin olunacaq. Bu, peşə təhsili sistemi üzrə tədris vəsaitlərinin hazırlanmasına diqqəti artıracaq, son nəticədə peşə təhsilinin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək.

Hazırda yalnız ümumi təhsil müəssisələrində oxuyanlar dərsliklərlə pulsuz təmin olunurlar.

DİGƏR XƏBƏRLƏR

Top