Bu ilin yanvar-aprel aylarında ölkədə 23 milyard 813,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu göstərici 2019-cu il ərzində qeydə alınan ən aşağı göstərici hesab olunur. ÜDM-də qeydə alınan artım bu ilin yanvar ayında 2,9%, fevral ayında 3%, mart ayında isə 3% həddində olub.
Bu ilin ilk 4 ayı ərzində əhalinin hər nəfərinə düşən ÜDM 2 min 411,8 manata bərabər olub.