Oftolmoloq: Apteklərdən eynək satışı dayandırılmalıdır - FOTO/VİDEO


Havalar isindikcə eynəyə olan tələbat artır. Bir çox insanlar bir başa eynəklərin satıldığı mağazalara, apteklərə üz tutaraq zövqlərinə uyğun eynək seçirlər. Ancaq bu məsələdə həkimlərin xəbərdarlığı var.

Yeniavaz.com xəbər verir ki, xüsusilə də optik eynəkdən istifadə edənlər diqqətli olmalıdırlar. Onlar günəş eynəyini də xüsusi resept əsasında almalıdırlar.Bu gün əhali arasında apardığımız sorğudan aydın oldu ki, heç də insanlar günəş eynəkləri üçün həkimə müraciət etmirlər. Kimisi dedi həkimə getməyə pulum yoxdur, kimisi də bildirdi ki, ucuz eynəklər daha rəngarəng olub onların üzlərinə xüsusi yaraşıq verir. Lakin həkimlər bu mövzuda həyacan təbili çalır. Müsahibimiz - Mingəçevir şəhər Mərkəzi xəstəxanasının oftalmoloq həkimi Soltan Rüstəmov bildirdi ki, mövsümlə əlaqədar yaz-yay aylarında günün aktivliyi artır. Ona görə də gözü qorumaq üçün müəyyən vasitələr lazımdır: "Gün eynəkləri müxtəlifdir. Bəzən insanlar elə fikirləşir ki, gün eynəyidi əsas şüşə olsun. Amma bu yalnış fikirdir. Günəş üçün xüsusi eynəklər nəzərdə tutulur. Onlar həm günün ulturabənövşəyi şüalarının gözə daxil olmasının qarşısını alır, eyni zamanda gözə düşən müəyyən işıqların zərərli təsirini aradan qaldırır. O demək deyil ki, hər hansı optikada satılan eynəklər yararlıdır. Bunun üçün eynək alan sertifikat tələb etməli, eynəyin harda istehsal olunduğunu öyrənməlidir. Bu gün bütün apteklərdə, bazarda keyfiyyətsiz eynəklər ayaq tutub yeriyir. Heç bir nəzarət yoxdur. Bir həkim kimi deyərdim ki, təkcə gün eynəkləri yox, ümumiyyətlə eynəklərin satışı bərbad vəziyyətdədir. Heç bir nəzarət yoxdur. Aptekdə oturan özü ölçür, biçir. Əhalinin 80-90 faizi gözdə refraksiya pozğunluğundan əziyyət çəkir. Yaxından görmə, uzaqdan görmə - xəstəliklər buradan başlayır. Bu da  təsadüfü adamlarda müşayət olunur. Getdim aptekə və yaxud dükanda gözümü yoxlayıb bu eynəyi mənə verdilər. Bunlar müalicələri küçələrdə aparır. Bizdə əhali terapevtik sahələrə barmaqarası baxır. Bəzən də eynək satan işbazlar eynəyi əyərək göstərir ki, bax, qırılmır, keyfiyyətli eynəkdir. İnsana onun qırılıb, qırılmaması yox onun ölçüsü, bəbəyin eynəklə məsafəsi lazımdır. Ona görə də bu sahəyə xüsusi diqqət ayrılmalıdır. Apteklərdən eynək satışı dayandırılmalıdır. Bu yaxınlarda bu məsələ Milli Məclisdə də müzakirə olunub. İstər gün, istər görmə üçün, eynəyi həkim təyin etməlidir. Ona görə də refraksiya pozğunluğu artıb. Xüsusilə də gənc nəsildə bu daha çox özünü göstərir. Kim harda gəldi müayinə olunur. İnsanı xarici mühitə bağlayan 90% gözdür. Əgər gözün yoxdursa 90% ölüsən. Ona görə də keyfiyytsiz eynəklərdən və küçə satışında olan eynəklərdən uzaq olun".

Optika sahəsində 9 il iş stajı olan digər müsahibimiz Anar Səfərovla da eynəklərlə bağlı danışdıq: "Biz həkimlərin resepti əsasında işləyirik. Çox adam keyfiyyətə üstünlük verir və bizə müraciət edəndə eynəyin otpravası ilə maraqlanırlar. Əsas şüşə keyfiyyəti axtarmaq lazımdır. Müəyyən həkimlərimiz var ki, bəzən səhv resept də yazır. Xəstə gəlir ki, bu mənim gözümə düşmür. Bunu da bizim səhvimiz kimi qəbul edirlər. Bizə nə yazılırsa, biz də onu veririk. Yaponiyanın,Türkiyənin, Russiyanın, Almaniyanın şüa keçirməyən şüşələrindən istifadə etmək lazımdır. Gün ərzində bizə gün eynəkləri ilə bağlı 10-15 nəfər müraciət edir. Əvvəlcə şüşələri təklif edirəm, onlara bu şüşələrin nəyə qadir olduğunu açıqlayıram. İndi apteklərə gətirib kosmetik eynəkləri doldurublar. Onun şüşəsini qaynar suya qoysanız görəcəksiniz ki, rəngi tamamilə yox olub adicə ağ şüşədir. İnsanlar bəzəyə aldanıb gözlərini məhv edirlər. Gözündə həssaslığı olan insanlar mütləq günəş eynəkləri alarkən onu keyfiyyət testindən keçirsinlər.

Esmira Hidayətova, Mingəçevir



DİGƏR XƏBƏRLƏR

Top