Ölkəyə ət idxalı artıb - kilosu 2,4 manata


Bu ilin yanvar-aprel aylarında xaricdən Azərabaycana 16 milyon 677,7 min dollar dəyərində 23 min 796,6 ton ət gətirilib.
Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən apardığı hesablama göstərir ki, idxal olunan ət dəyər ifadəsində 23,8%, miqdar ifadəsində 22,9% artıb. İdxal olunan ətin 1 kiloqramının gömrük dəyəri 2,4 manat (1,43 dollar) olub.
Qeyd edək ki, ötən ilin analoji dövründə xaricdən Azərabaycana 13 milyon 465,8 milyon dollar dəyərində 19 min 357,4 ton ət gətirilib. Nəticədə idxal olunan ətin 1 kiloqramının gömrük dəyəri ötən ilin ilk 4 ayında 2,4 manat (1,44 dollar) olub.

DİGƏR XƏBƏRLƏR

Top