
ABŞ-ın Alabama ştatında abortu istisna hallar xaricində qadağan edən qanun layihəsi qəbul edilib. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, yeni qanuna əsasən, təcavüz və insest hadisələri belə abortun edilməsini qadağan edir.
Hamilələyin hansı mərhələsindən asılı olmayaraq, abortun edilməsi cinayət əməli sayılacaq. Yalnız ananın səhhəti təhlükə altında olarsa, aborta icazə verilir. Abortu edən həkimlər 10-99 il həbs cəzası alacaqlar. Abort etdirən qadınlar isə cəza almayacaqlar.