
Mingəçevirdə velosiped sürücüsü 7 yaşlı uşağı vuraraq komaya salıb.
Yeniavaz.com xəbər verir ki, hadisə Energetiklər yaşayış massivində baş verib. Yaşadığı binanın girişi önündə dolaşan 2012-ci il təvəllüdlü Hüseynzadə Türkan İlqar qızını oradan sürətlə keçən velosipedçi vuraraq ağır bədən xəsarətləri
yetirib. Azyaşı koma vəziyyətinə düşüb. Öncə Mingəçevir şəhər xəstəxanasında tibbi yardım alan T.Hüseynzadə daha sonra təcili əməliyyat olunmaq üçün Gəncə şəhərindəki klinikalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Mingəçevir