Türkiyə parlamentində terror aktına cəhd


Türkiyə parlamentində terror aktı törətmək istəyən iki nəfər saxlanılıb.
Yeniavaz.com NTV telekanalına istinadla xəbər verir ki, DHKP-C terror təşkilat ilə əlaqəsi olan iki nəfər təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən saxlanılıb.

Siyasi partiyaların qrup iclaslarının keçirildiyi vaxtda parlamentin önünə gələn bir qadın olmaqla iki nəfər CHP-li deputat Mahmut Tanal ilə görüşmək üçün parlamentə girmək istəyib.

M. Tanal həmin şəxslərin içəri buraxılmasına icazə verib. Ancaq onların hal və davranışlarından şübhələnən polislər şəxsiyyət vəsiqəsini yoxlamaq istəyiblər. Bu zaman qadının axtarışda olduğu üzə çıxıb.

Polislər iki nəfəri saxlamağa çalışanda şübhəlilər üzərlərindəki kəsici alətlər ilə bank işçilərini girov götürüblər. Əlavə polis dəstələri göndərildikdən sonra şübhəlilər qısa müddət ərzində tutulublar.

DİGƏR XƏBƏRLƏR

Top