
Xarici ölkələrdən Türkiyəyə mobil telefon gətirmək qaydalarına dəyişiklik edilib. Yeniavaz.com NTV telekanalına istinadla xəbər verir ki, gömrük qanunun bəzi maddələrinə edilən dəyişikliyə əsasən, bundan sonra xarici ölkələrdən Türkiyəyə yalnız 3 ildən bir dəfə 1 ədəd mobil telefon gətirmək mümkündür.
Əvvəlki qaydada isə, bu müddət 2 il olaraq müəyyən edilmişdi. Gətirilən telefonların qeydiyyata alınması üçün 2019-cu ildən etibarən 618,60 (mayın 15-nə olan məzənnəyə görə 173,57 manat) türk lirəsi ödəmək lazımdır.