Ermənistanın İstintaq Komitəsi 20 yaşlı hərbçi Ararat Xeçumyanın ölümü ilə nəticələnmiş insidentin təfərrüatı barədə məlumat yayıb. Yeniavaz.com "Sputnik" saytına istinadla xəbər verir ki, mayın 14-də hərbi hissələrin birində keçirilmiş hərbi təlimlərin zonasında "Ural-4310" avtomobili yan tərəfə aşıb.
İnsident nəticəsində 1999-cu il təvəllüdlü kiçik serjant A. Xeçumyan aldığı yaralardan ölüb. Bildirilir ki, nəqliyyat vasitəsini idarəetmə və ya istismarı qaydaları pozulduğundan avtomobil aşıb. Fakt üzrə cinayət işi açılıb, istintaq gedir.