Ada dövlətində güclü zəlzələ: Əhaliyə sunami xəbərdarlığı


Papua-Yeni Qvineya ada dövlətinin sahillərində 7,7 bal gücündə zəlzələ baş verib. Yeniavaz.com
TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri 20 min əhalisi olan Kokopo şəhərindən 28 kilometr şimal-şərqində yerləşib.  Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilib.

DİGƏR XƏBƏRLƏR

Top