Səudiyyə Ərəbistanında dron hücumu


Səudiyyə Ərəbistanı hakimiyyəti dronların ölkədə iki neft vuran stansiyaya hücum etməsi barədə məlumat verib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, stansiyalar dünyanın ən böyük neft şirkəti "Aramco"ya məxsusdur.

İnsident Ər-Riyad inzibati dairəsində baş verib. Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral resurslar naziri Xalid əl-Falihin sözlərinə görə, pilotsuz uçuş aparatları Şərq-Qərb boru kəmərinin iki stansiyasına hücum edib: "Hücum nəticəsində stansiyaların birində yanğın baş verib. Bu, terror hücumudur".

DİGƏR XƏBƏRLƏR

Top