1 fincan qəhvə 75 dollara


ABŞ-da dünyanın ən bahalı qəhvəsi San-Fransisko şəhərində  satılır.


Yeniavaz.com  TASS agentliyinə istinadla xəbər verir ki, burada 1 fincan qəhvənin qiyməti 75 dollar dəyərindədir.

Sözügedən qəhvə " Elida Geisha Natural" adlanır. "Klatch Coffee" şirkəti Panamada keçirilmiş hərracda 0,43 kq " Elida Geisha Natural" qəhvəsini 803 dollara əldə etmişdi.  Qızardıldıqdan sonra isə qəhvənin qiyməti 1,2 min dollar olur.

Eyni zamanda qeyd edilir ki, "Klatch Coffee" şirkəti hərracda bu qəhvədən ümumilikdə 5 kq alıb.

Qeyd edək ki, şirkət sözügedən qəhvənin 18 qramını 75 dollardan "online" olaraq satır.

DİGƏR XƏBƏRLƏR

Top