İdlibdə nə baş verir? - Önəmli telefon danışığı


Türkiyənin milli müdafiə naziri Hulusi Akar və onun  rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub. Yeniavaz.com "Milliyet" qəzetinə istinadla xəbər verir ki, tərəflər telefon söhbəti zamanı İdlibdə son vəziyyəti müzakirə ediblər. Hər iki nazir Soçidə imzalanmış saziş çərçivəsində bölgədə gərginliyin azaldılması üçün görüləcək tədbirlər və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, daha əvvəl Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında baş tutmuş telefon danışığı zamanı türkiyəli lide İdlibdə atəşkəsin ciddi şəkildə pozulması ilə bağlı narahatlığını ifadə edib və bunda Suriya hakimiyyətini təqsirləndirib.

DİGƏR XƏBƏRLƏR

Top