"Facebook" bu hesabları sildi


Dünyanın ən nəhəng sosial şəbəkəsi olan "Facebook" qarşıdan gələn Avropa Parlamenti (AP) seçkilərinə görə, seçkiqabağı  yalan xəbər yayan  hesabları silib. Silinən hesabların çoxu İtaliyadadır.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Facebook" açıqlama verib.

Açıqlamada deyilir: "Etibarlılıq siyasətimizi pozan saxta və yalan xəbərlər paylaşan hesabları sildik". Bu çərçivədə 3 milyona yaxın izləyicisi olan 23 saxta hesab silinib.

Qeyd edək ki, 23-26 may tarixində keçiriləcək səsvermədə 374 milyon vətəndaş iştirak edəcək.

DİGƏR XƏBƏRLƏR

Top