Kanada hava limanını 5 milyard dollara satdı.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Kanadanın "WestJet" aviaşirkəti borclarını ödəyə bilmədiyindən havalimanını 5 milyard dollara Onex şirkətinə satıb.
Satış müqaviləsinə əsasən, "Onex" hər səhmə görə şirkətə 31 dollar ödəyəcək, "WestJet" hava limanı isə öz fəaliyyətinə davam etdirəcək.
Mart ayında Onex şirkətinin təklifi ilə başlayan danışıqlar çərçivəsində əldə olunan razılaşmanın 2019-ci ilin sonu və 2020-ci ilin əvvəlində başa çatdırılması planlaşdırılır.