Gözəlova bu nazirliyə mətbuat katibi təyin edildi


Jurnalist Günel Gözəlova Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə mətbuat katibi təyin olunub. 

Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə həmkarı Mehman Mehdiyev məlumat yayıb.

Qeyd edək ki, bu təyinata qədər Günel Gözəlova “Azərpoçt” MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.

DİGƏR XƏBƏRLƏR

Top