Mingəçevirdə 45 yaşlı qadın yaşadığı binanın girişində ağır xəsarət alıb

Mingəçevir şəhərində axşam saatlarında 45 yaşlı qadın yaşadığı binanın blokunda ağır xəsarət alıb.
Yeniavaz.com xəbər verir ki, hadisə Heydər Əliyev prospekti, 30 ünvanında baş verib. Həmin ünvandakı beşmərtəbəli binanın bloklarından birindən 1974-cü il təvəllüdlü Mingəçevir sakini Əsgərova Zemfira Müzəffər qızı yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. İlkin müayinə zamanı onun sağ ayağının dizdən aşağı hissəsinin sındığı müəyyən olunub. Yaralı qadın pilləkənlərdə büdrədiyini iddia edib.
Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top