Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub


Türkiyə tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

Bu barədə Kremlin saytı məlumat yayıb.

Bildirilir ki, tərəflər Suriyadakı vəziyyəti, eləcə də, İdlibin gərginlik zonasındakı şəraiti müzakirə ediblər.

"Suriya nizamlanmasının müxtəlif aspektləri üzrə hərbi idarələr də daxil olmaqla, Rusiya və Türkiyə arasında bundan sonra da səylərin sıx əlaqələndirilməsinin vacibliyi vurğulanıb", - deyə məlumatda bildirilir.

Bundan əlavə, Putin və Ərdoğan söhbət zamanı ikitərəfli münasibətlərin gündəlikdə duran aktual məsələlərinə, həmçinin bir sıra beynəlxalq problemlərə toxunublar.

Report

DİGƏR XƏBƏRLƏR

Top