Bakıda sərxoş sürücü zəncirvari qəza törədib


Axşam saat 21:20 radələrində Bakının Sabunçu rayonu ərazisində zəncirvari yol qəzası baş verib.

Yeni Ramana qəsəbəsi ilə Şuşa şəhərciyi istiqamətində hərəkətdə olan "20-DE-409" dövlət qeydiyyat nişanlı avtomobilin idarəetmədən çıxması nəticəsində 5 maşın toqquşub.

Nəticədə bir nəfər xəsarət alıb, həmçinin avtomobillər yararsız hala düşüb. Hadisəni törədən sürücünün sərxoş olduğu bildirilir.

Əraziyə DYP və PPX əməkdaşları cəlb olunub.

Report

DİGƏR XƏBƏRLƏR

Top