Azərbaycanda neft hasilatı azalır - Son 8 ilin göstəriciləri - CƏDVƏL


Bu ilin ilk 3 ayı ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının "Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri", "Dərinsulu Günəşli" və "Qərbi Çıraq" platformalarından birlikdə 52 milyon barel (7 milyon ton) və ya gündə orta hesabla 571 min barel neft hasil edilib. 
Yeniavaz.com xəbər verir ki, bu barədə "BP-Azərbaycan" şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2018-ci ilin analoji dövrü ilə  müqayisədə bu ilin ilk rübündə neft hasilat 3,7% və ya 2 milyon barel az olub.
Gündəlik hasilat - "Çıraq" plantformasında 43 min, "Mərkəzi Azəri"də 146 min, "Qərbi Azəri"də 128 min, "Şərqi Azəri"də 100 min, "Dərinsulu Günəşli"də 96 min və "Qərbi Çıraq"da 58 min barel olub.
2019-cu ilin 1-ci rübündə AÇG-də ümumilikdə 119 neft hasilat quyusu və 49 qaz və su injektor quyusu istismarda olub. 2018-ci ilin analoji dövrü ilə müqayisədə hasilat quyularının sayı  1  ədəd artıb, injektor quyularının sayı isə 3  ədəd azalıb.
Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 30,37%), SOCAR (25%), Şevron (9,57%), İNPEKS (9,31%), "Equinor" (keçmiş "Statoil") (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%) və ONGC Videş Limited (OVL) (2,31%) şirkətləridir. 
Son 7 ildə AÇG yatağında neft hasilatı və quyuların sayı 2012  - ci il
1-ci rüb
2013  - cü il
1-ci rüb
2014  - cü il
1-ci rüb
2015  - ci il
1-ci rüb
2016  - cı il
1-ci rüb
2017  - ci il
1-ci rüb
2018  -
ci il
1-ci rüb
2019 -
ci il
1-ci rüb
Hasilat
 (milyon barel)
64,8 59,6 58 59 59 52 54 52
Quyuların sayı
(ədəd)
90 94 114 124 136 155 170 168

DİGƏR XƏBƏRLƏR

Top