Nəhənglərin "müharibəsi": Çindən ABŞ-a cavab zərbəsi


Çin  iyunun 1-dən etibarən ABŞ-dan 60 milyard dollar həcmində müxtəlif mallara idxal rüsumları tətbiq edəcək.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, rüsumların həcmi 5-25 faiz arasında dəyişəcək.

Çinin Maliyyə Nazirliyi bəyan edib ki, ABŞ tərəfindən rüsumların tətbiqi Çin-Amerika iqtisadi və ticarət münasibətlərinin eskalasiyasına gətirib çıxarıb: "Bununla da hər iki tərəfin maraqları təhdid altına qoyulub və beynəlxalq ictimaiyyətin ümumi gözləntilərinə cavab verməyib".

Xatırladaq ki, ABŞ mayın 10-dan bəzi Çin malların idxalı üzrə tarifləri 10 faizdən 25 faizədək artırıb. Bundan başqa, D. Tramp daha 300 milyard dollar dəyərində Çin mallarına rüsumlar tətbiq etməyi tapşırıb.

DİGƏR XƏBƏRLƏR

Top