Məhkəmə Zelenskiyə hökm çıxardı: günahkardır və cərimə ödəməlidir


Kiyevin Obolonsk rayon məhkəməsi Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskini dövlət başçısı seçkilərində səsvermə zamanə qanunsuz təbliğat aparmaqda təqsirli bilib.

Yeniavaz.com "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, məhkəmə onu 850 qriven (32,4 dollar) məbləğində cərimələyib. Belə ki, V. Zelenski ikinci turda keçirilmiş səsvermədə doldurulmuş bülleteni göstərməklə qanunu pozub.

Polis inzibati protokol tərtib edib. V. Zelenski polisin protokolunu imzalayarkən günahını etiraf edib. Məhkəmənin hökmü ilə bağlı apellyasiya instansiyasında şikayət vermək olar.  

DİGƏR XƏBƏRLƏR

Top