
Meksikalı döyüşçü qarşılaşma zamanı həyatını itirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, "Gümüş Kral" ləqəbli peşəkar döyüşçü Qautemok Qonzalez Baron görüş zamanı rinqdə anidən yerə yıxılıb.
Onun rəqibi Xubentud Qerrera isə güləşçinin ayağa qalxmasını görəndə ona yenidən zərbə vurub. Həmin zərbədən sonra Baronun ürəyi dayanıb.
Ətrafdakılar idmançının ölümündən 3 dəqiqə sonra xəbərdar olublar.
Tətbiqimizi yükləyə bilərsiniz