Bakıda intihar olub.
Yeniavaz.com ONA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, M.Rüstəmov küçəsində qeydə alınıb. 1983-cü il təvəllüdlü Leyla Heydərova yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Tətbiqimizi yükləyə bilərsiniz