Mingecevirdə 19 yaşlı qız üçüncü mərtəbədən yıxıldı - YENİLƏNİB

Mingəçevirdə 19 yaşlı qız eyvanda paltar asılqanına paltar sərərkən ehtiyatsızlıqdan 3-cü mərtəbədən yıxılıb.
Mingəçevir xəstəxanasından Yeniavaz.com-a verilən məlumata görə qızın hələlik həyatı göstəriciləri normaldır. Yıxılarkən bud sümüyünün sınığı olub. Hal-hazırda cərrahiyə şöbəsində müalicəsi davam edir. Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Energetiklər yaşayış massivində, Cəmil Əliyev küçəsi 7 ünvanında baş verib. Həmin ünvanda yaşayan, 2000-ci il təvəllüdlü Teymurova Elnarə Elçin qızı yaşadığı binanın 3-cü mərtəbəsindən yerə yıxılıb. Nəticədə ağır bədən xəsarətləri alan qız dərhal xəstəxanaya yerləşdirilib. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.

***10:33
Mingəçevirdə 19 yaşlı qız üçüncü mərtəbədən yıxılıb.

Yeniavaz.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında Energetiklər yaşayış massivində, Cəmil Əliyev küçəsi 7 ünvanında baş verib. Həmin ünvanda yaşayan, 2000-ci il təvəllüdlü Teymurova Elnarə Elçin qızı yaşadığı binanın 3-cü mərtəbəsindən yerə yıxılıb. Nəticədə ağır bədən xəsarətləri alan qız dərhal xəstəxanaya yerləşdirilib. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.  

Faktla bağlı araşdırmalara başlanılıb.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top